De Xea MY tarixinin rekordçusu oldu
İngiltərə liqa kubokunun “Nyukasl”la final oyunu “Mançester Yunayted”in qapıçısı David de Xea üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, o, “quru oyunlar”ın sayına görə “qırmızı şeytanlar”ın rekordçusuna çevirilib.
Belə ki, Mançester təmsilçisi həlledici oyundan 2:0 hesablı qələbə ilə ayrılıb. Nəticədə 32 yaşlı futbolçunun bu komandanın heyətində qol buraxmadan keçirdiyi oyunlarının sayı 181-ə çatıb. De Xea bu göstəriciyə görə, əfsanəvi danimarkalı Peter Şmeyxeli (180 “quru oyun”) geridə qoyub.
Xatırladaq ki, De Xea 2011-ci ildən “Mançester Yunayted”də forma geyinir. O, burada 523 oyun keçirib və 565 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin