De Xea keçmiş komandasının forması ilə məşq edir

Hazırda klubsuz olan ispaniyalı qapıçı David de Xea sosial şəbəkədə “Mançester Yunayted”in forması ilə məşq edərkən çəkilmiş videosunu yayıb.

Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

De Xea ötən yay Mançester klubundan ayrılıb. Qapıçı hələ karyerasını harada davam etdirəcəyinə qərar verməyib.

De Xea İngiltərə Premyer Liqasında ötən mövsüm “Mançester Yunayted”in heyətində 38 oyun keçirib. O, 43 qol buraxıb və 18 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button