“Bəlkə də, Kazemirodan hücumçu kimi istifadə etməliyik” – De Xea

“Mançester Yunayted”in qapıçısı David de Xea İngiltərə Premyer Liqasının 37-ci turunun “Bornmut”la görüşünü (1:0) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, komanda yoldaşı Kazemiro haqda da danışıb:

“Matçdan öncə bu oyunda qalib gəlməyin çox vacib lazım olduğunu bilirdik. Çox yaxşı oynadıq və gözəl qol vurduq. İlk 25 dəqiqə mükəmməl keçdi. Daha sonra sakitləşib öz oyunumuzu göstərdik. Böyük qələbə idi. Bəlkə də, Kazemirodan hücumçu kimi istifadə etməliyik”.

De Xea “qızıl əlcək” mükafatına yiyələnməsi haqda da fikirlərini bildirib:

“Bu, yalnız mənə məxsus mükafat deyil. 2022/23 mövsümündə komandamız yaxşı çıxış etdi”.

İspaniyalı qolkiper “Bornmut”la matçda 18-ci dəfə qapısını toxunulmaz saxlayıb. O, bu göstəriciyə görə Premyer Liqada vahid lider olub.

“Qırmızı şeytanlar” hazırda ölkə çempionatının turnir cədvəlində 69 xalla 4-cü, “Bornmut” isə 39 xalla 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button