
De Xea karyerasını Türkiyədə davam etdirə bilər
Azad agent olan ispaniyalı qapıçı David de Xea klub axtarışına davam edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu ilə Türkiyə Super Liqasının bir neçə klubu maraqlanır. Qolkiperlə maraqlanan komandaların adları açıqlanmayıb.
33 yaşlı futbolçu 2022/2023 mövsümündə “Mançester Yunayted”in heyətində bütün yarışlarda 58 oyun keçirib. Onun “qırmızı şeytanlar”la müqaviləsi bu il iyunun sonunda başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin