De Xea İtaliya klubu ilə müqavilə bağlayacaq
David de Xea İtaliya klubu ilə müqavilə imzalamalıdır.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “Cenoa” ilə müqavilə bağlamağa yaxındır.
Son vaxtlar De Xeanın yüksək maliyyə tələblərinə görə İtaliya klubuna keçməyəcəyi ilə bağlı məlumatlar ortaya çıxıb. Eyni zamanda, bildirilir ki, anlaşma tezliklə bağlanacaq.
David de Xea bir ildən çoxdur ki, işsizdir. İspaniyalı qolkiperin 12 il çıxış etdiyi “Mançester Yunayted”lə müqaviləsi keçən il başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin