De Xea İtaliya klubu ilə razılığa gələ bilməyib
İtaliyanın “Cenoa” klubu ispaniyalı qapıçı David de Xeanı transfer etməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər danışıqlar aparıb, amma razılığa gələ bilməyiblər. Transferin baş tutmamasının əsas səbəbi 33 yaşlı futbolçunun yüksək maliyyə tələbləridir. “Cenoa”nın rəhbərliyi De Xeanın istəklərini yerinə yetirməyib.
İtaliyadan başqa, David de Xeanın karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantları var.
De Xeanın son klubu “Mançester Yunayted” olub. Qapıçının “qırmızı şeytanlar”la müqaviləsi ötən ilin yayında başa çatıb. Həmin vaxtdan o, azad agent statusundadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin