“De Xea artıq bir qərar verməlidir” – Van der Sar

Hollandiyanın “Ayaks” klubunun idman direktoru Edvin van der Sar “Mançester Yunayted”in qapıçısı David de Xea ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, vaxtilə “qırmızı şeytanlar”ın şərəfini qorumuş sabiq qolkiper, de Xeanın klubdakı gələcəyi ilə bağlı bunları deyib:

“Mançester Yunayted”də çıxış edə biləcək bir çox qapıçı var, eyni zamanda Premyer Liqada da belə futbolçular var. Onlar bir addım ataraq, öz yerlərini tuta bilərlər. Mən “Mançester Yunayted”ə 34 yaşım olarkən transfer olunmuşdum, buna görə də, düşünürəm ki, seçimlər çoxdur.

De Xea artıq bir qərar verməlidir. Çox vaxt keçib və o, klubdakı gələcəyi ilə bağlı qərarını bildirməlidir”.

Van der Sar de Xeanın oyununda enişin olması ilə bağlı bunları deyib:

“Bu, məndə də, bütün digər futbolçularda da baş verə bilər. Hər zaman mükəmməl oynamaq mümkün deyil. De Xea uzun müddət yüksək səviyyədə oyun göstərdi, ona görə də, belə geriləmələr tez nəzərə çarpır. Buna baxmayaraq, düşünürəm ki, onunla bağlı hər şey yaxşı olacaq, o, əla qapıçıdır”.

“Mançester Yunayted”in ispan qapıçıya yeni müqavilə təklif etsə də, de Xeanın qərar vermədiyi bildirilir. Futbolçunun Mançester təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button