
De Xeanın 3 çempionatdan təklifi var
2023/24 mövsümündə işsiz qalan “Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea bir neçə çempionatdan təklif alıb.
Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiperi MLS-də, Səudiyyə Ərəbistanı çempionatında, eləcə də A Seriyasında görmək istəyirlər. İspaniyalı futbolçunun üstünlük verdiyi seçim İtaliya çempionatıdır.
De Xea 2023-cü ilin iyul ayından azad agentdir. O, 2011-2023-cü illərdə “Mançester Yunayted”də çıxış edib. İspaniya millisinin sabiq üzvü yığma komandanın heyətində keçirdiyi 45 oyunda 36 dəfə qapısından qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin