“Nəyisə bəyənməsəm, birbaşa danışmağa çalışıram” – De Rossi

“Roma”nın baş məşqçisi Daniele de Rossi komandasının A Seriyasının son matçlarındakı çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az DAZN-ə istinadən xəbər verir ki, o, əvvəldən klubun sabiq baş məşqçisi Joze Mourinyonun rəhbərliyi altında komandanın motivasiya probleminin olmadığını qeyd edib:

“Komanda məndən əvvəl də birlik içindəydi, mən bununla bağlı heç nə etməmişəm. Bunsuz iki mövsüm ardıcıl avrokubokların final mərhələsinə yüksəlmək sadəcə mümkünsüz olardı. Mən futbolçularla səmimiyəm, onlara oyunçu kimi yox, ilk növbədə insan kimi yanaşıram. Nəyisə bəyənməsəm, birbaşa danışmağa çalışıram. Təbii ki, mənim üçün üstünlük odur ki, komandadakı bir çox futbolçunu artıq tanıyırdım”.

De Rossinin kluba qoşulmasından sonra “Roma” 9 oyundan 7-də qalib gəlib. Komanda 47 xal toplayıb və A Seriyasının turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button