
De Rossi: “Mən çox xoşbəxtəm”
“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Milan” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis topla çox inamlı və sakit oynadıqlarını bildirib:
“Biz səhv edə bilərik, amma özümüzə inanırıq. Uşaqlar əla idi. Onlar bu gün əllərindən gələni etdilər. Topla çox inamlı və sakit oynadıq. Mən çox xoşbəxtəm”.
Cavab matçı aprelin 18-də Romada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin