De Rossi: “Bayer”in nə qədər güclü olduğunu gördük”

“Roma”nın baş məşqçisi Daniele De Rossi Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Bayer”ə məğlubiyyəti (0:2) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı “Bayer”in nə qədər güclü olduğunu gördüklərini bildirib:

“Biz öz timsalımızda “Bayer”in nə qədər güclü olduğunu gördük. İlk hissədə lazım olan üslubda oynadıq. Onların əks-hücumlarının qarşısını almalıydıq. Bəzən fərqi yaradan kiçik şeylərdir. Özümüz qol vura bilmədik və onlar önə keçəndə belə komandaya qarşı oynamaq çətindir.

Başa düşürük ki, cavab matçında cəsarətli olmalıyıq. Uzun müddətdir məğlub olmayan komandanın stadionunda meydana çıxıb tarazlıq yaratmaq üçün 2:0 hesabı ilə qalib gəlməliyik. İlk hissədəki oyunumuza bənzər oyun nümayiş etdirərək, daha çox hücuma keçməli olacağıq. Belə olan halda nəsə etmək mümkün olar və sonra hər şey dəyişə bilər. Mütləq son dəqiqəyə qədər oynayacağıq”.

Cavab matçı mayın 9-da Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button