De Liqt qərarını verdi: 5 illik müqavilə, 12 milyon avro

“Barselona”,” Bavariya”, “Mançester Yunayted”, PSJ kimi klubların maraq dairəsində olan “Ayaks”ın futbolçusu Matteys de Liqt qərarını verib.

Komanda.az “Sky İtalia”ya istinadən xəbər verir ki, A Seriyasında mübarizə aparan “Yuventus”, 19 yaşlı müdafiəçi ilə şifahi razılıq əldə edib. “Qoca sinyora”nın de Liqtlə 5 illik razılıq əldə etdiyi və tezliklə “Ayaks”la danışıqlara başlayacağı bildirilir. Turin təmsilçisinin futbolçuya illik 12 milyon avro ödəyəcəyi deyilir.

Hollandiya təmsilçisinin “Yuventus”dan 75 milyon avro tələb edəcəyi gözlənilir.

“Ayaks”la 2021-ci ilədək müqaviləsi olan de Liqt, son mövsümdə iştirak etdiyi 55 oyunda 7 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button