“Mançester Yunayted” çempionluğa iddialılar sırasında olmalıdır” – Yeni transfer

“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt klubun hədəfləri haqda danışıb.

Komanda.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu “Mançester Yunayted”in çempionluğa iddialılar sırasında qərarlaşmalı olduğunu bildirib:

“Bəli, “Mançester Yunayted” iki il ərzində iki kubok qazanıb, bu, əladır. Bununla belə, düşünürəm ki, hamı razılaşacaq ki, belə bir klub Premyer Liqada qələbə üçün mübarizə aparmalı və çempionluğa iddialılar sırasında olmalıdır. Bu, gözəl çağırışdır”.

25 yaşlı futbolçu “Mançester Yunayted”ə bu yay “Bayern”dən keçib. Onun transferi ingilislərə 45 milyon avroya başa gəlib.

Erik ten Haqın komandası cari mövsümdə keçirdiyi 3 oyundan sonra 3 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button