“Ten Haq çox tələbkar məşqçidir” – De Liqt

“Mançester Yunayted”in yeni futbolçusu Matteys de Liqt komandanın baş məşqçisi Erik ten Haq haqqında fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı futbolçu Ten Haqın çox tələbkar məşqçi olduğunu bildirib:

“Mən onu yaxşı tanıyıram, o da məni “Ayaks”dakı vaxtlarımdan tanıyır. Ten Haq çox tələbkar məşqçidir. Bu mütəxəssis nizam-intizamı sevir. “Mançester Yunayted”dən dəvət alanda asanlıqla bura keçməyə razılaşdım. Bu, İngiltərə futbol tarixinin ən böyük klubudur”.

De Liqt 45 milyon avroya “Bayern”dən “Mançester Yunayted”ə keçib. Onun “qırmızı şeytanlar”la müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button