
De Liqt Bundesliqa klubuna keçmək istəyir
“Yuventus”un müdafiəçisi Matteys de Liqt “Bayern”ə keçmək istəyir.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 22 yaşlı niderlandlı futbolçu artıq Münhen klubuna keçidə razılaşıb. “Bayern” yaxın günlərdə müdafiəçi üçün ilk təklifi edəcək.
De Liqt ötən mövsüm “Yuventus”un heyətində 42 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin