“De Liqt “Yuventus”un təklifini qəbul edib” – Menecer
“Yuventus”un şifahi razılıq əldə etdiyi deyilən “Ayaks”ın futbolçusu Matteys de Liqtlə bağlı açıqlama verilib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun meneceri Mino Rayola, Amsterdam təmsilçisinin qərarını gözlədiklərini bildirib:
“De Liqt “Yuventus”un təklifini qəbul edib. Futbolçu transferin yekunlaşması üçün “Ayaks”ın qərarını gözləyir”.
Hollandiyalı futbolçunun “qoca sinyora” ilə ildə 12 milyon avro olmaqla, 5 illik razılığa gəldiyi bildirilir.
“Yuventus” “Ayaks”a bonuslarla birlikdə 65 milyon avro təklif etsə də, Hollandiya klubu 85 milyon avro tələb edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin