Klub prezidenti gürcü futbolçuya şübhə ilə yanaşırmış

“Napoli”nin baş məşqçisi Luçano Spaletti klubun prezidenti Aurelio de Laurentis haqda danışıb.

Komanda.az “TMW Radio”-ya istinadən xəbər verir ki, o, klub rəhbərinin yarımmüdafiəçi Xviça Kvaratsxeliya və müdafiəçi Kim Min Jaenin keçidinə şübhə ilə yanaşdığını deyib:

“De Laurentis onlarla müqavilə imzalamaqda şübhəli idi. Gecələr bu barədə danışırdıq. Xviça haqda ətraflı məlumat öyrənmək üçün Rusiyadakı dostlarla əlaqə saxlamışdım”.

22 yaşlı gürcü futbolçu Xviça 2022-ci ilin yayından Neapol təmsilçisinin formasını geyinir. Cari mövsümdə o, “Napoli”də 30 oyuna çıxıb, 14 qol vurub və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button