İspaniya millisinin baş məşqçisinin ən pis anı

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente məşqçilik karyerasının ən pis anından danışıb.

Komanda.az “Managing Barca”-ya istinadən xəbər verir ki, o, ən pis anını “Barselona”nın yarımmüdafiəçisi Qavinin zədələndiyi an olaraq görüb:

“Məşqçilik karyeramda ən pis an? Bu, Qavi dizindəki çarpaz bağlarını zədələdikdə oldu. Bu, çox ağrılı bir zərbə idi”.

Daha əvvəl Qavinin zədə səbəbindən təkcə AÇ-2024-ü deyil, növbəti mövsümün ilk aylarını da buraxacağı barədə məlumat yayılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button