Baş məşqçi Asensionu milliyə çağırmamasına aydınlıq gətirdi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente “Real”ın müdafiəçisi Raul Asensionun heyətə dəvət olunmaması ilə bağlı qərarına aydınlıq gətirib.

Komanda.az “The Touchline”-ə istinadən xəbər verir ki, o, bununla bağlı qısa açıqlama verərək bildirib:

“Heyətə çağırılmayan futbolçular haqqında danışmıram. Seçdiyimiz mərkəz müdafiəçiləri La Liqada ən yaxşılar arasındadır”.

İspaniya yığması iyunun 5-də Millətlər Liqasının yarımfinalında Fransa ilə qarşılaşacaq. Bu önəmli oyuna hazırlıq çərçivəsində De la Fuente 22 yaşlı Asensioya deyil, Robin Le Normand, Pau Kubarsi, Dani Vivian və Din Hoysen kimi müdafiəçilərə üstünlük verib.

Asensio ilk dəfə bu ilin martında İspaniya millisinə dəvət almışdı, ancaq o, debüt etməyə fürsət tapmamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button