“Oyunumuzu bəyəndim” – Millinin baş məşqçisi
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda Serbiya yığmasına qalib gəldikləri (3:0) oyun haqda danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı komandanın çıxışını belə davam etdirməsini istədiyini bildirib:
“Oyunumuzu bəyəndim. Komandanın çıxışını belə davam etdirməsini istəyirəm. Yüksək səviyyədə bir matç oldu. Komanda qurmağa davam edirik. İndi çoxlu əla futbolçularımız var. Komanda qrupda qalan görüşlərdə qalib gəlib pley-offa yüksəlmək əzmindədir”.
İspaniya yığması 4 oyundan sonra 10 xal toplayıb və qrupda 1-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin