De Byazinin qərarı Qaranı məyus edib
Ötən gün UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Trnava şəhərində Slovakiya, 25-də isə Bakıda Qazaxıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qarabağ”ın futbolçusu Qara Qarayev millinin heyətində yer almayıb.
Komanda.az xəbər verir ki, Qarayev heyətdə yer almaması ilə bağlı şəxsi “instaqram” hesabında bunları yazıb:
“Milli komandaya dəvət almamağımla bağlı mənə çoxlu suallar ünvanlanır. Təbii ki, millidən kənarda qalmaq ilk növbədə vətənini sevən bir azərbaycanlı kimi, daha sonra futbolçu kimi məni məyus edir. Amma seçimlə bağlı qərarlara hörmətlə yanaşıram. Hazırda özümü yaxşı hiss edirəm. Dəvət olunmamağım zədə ilə bağlı deyil. Tam səmimiyətimlə inanıram ki, milliyə dəvət alan hər kəs orada olmağa layiqdir. İnanıram ki, komanda yoldaşlarım qarşıdakı iki oyunda yaxşı çıxış edəcəklər və onların uğur qazanacağına əminəm. Millimizə uğurlar arzulayıram. Hər iki oyunda milli komandadan olan formamı geyinib, komanda yoldaşlarıma mənəvi dəstək olacam. “Qarabağ”a gəlincə isə, üç günlük istrahətdən sonra məşqləri bərpa edəcəyik. Bütün diqqətimi komandamın növbəti oyunlarına yönəldəcəm. Həm milli çempionatda, həm də avrokuboklarda uğurlu nəticə əldə etmək istəyirik. Sonda, mənə dəstək olan və olmayan hər kəsə sonsuz təşəkkürlər”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin