“De Byazinin fatihəsini verməkdənsə, uğur arzulayaq” – Rövnəq Abdullayev

Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsində İsveç yığmasını 3:0 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, matçdan sonra AFFA prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb.

– Oyun haqqında nə deyə bilərsiniz?
– Milli axır ki, bizləri, azarkeşləri sevindirdi. Bu, artıq bir dönüşdür. Çempionatımız çox maraqlı keçir. Lider, axırda qalan yoxdur. Bugünkü oyun da bunun nəticəsidir. Hamını təbrik edirəm.

– Bu qələbədən sonra Canni De Byazinin baş məşqçi postunda qalması nə dərəcədə realdır?
– Bu məsələ hələ müzakirə olunmur. Bu, AFFA İcraiyyə Komitəsinin işidir. Qarşıda bir oyun var. De Byazinin fatihəsini verməkdənsə, ona uğurlar arzulayaq ki, komanda Belçikada yaxşı oyun göstərsin.

– Belçikadakı nəticə baş məşqçi üçün həlledici olacaq?
– Bəli. Hər şey ola bilər. Bu gün komandaya uğurlar arzulayaq ki, uşaqlar bu əhval-ruhiyyə ilə Belçikaya qarşı yaxşı mübarizə aparsınlar.

– Martda yenidən AFFA-nın prezidenti vəzifəsində qalacaqsınız?
– Ona baxarıq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button