De Byazinin Belçika millisi ilə oyun üçün yekun qərarı

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi AÇ-2024-ün seçmə mərhələsində Belçika ilə Brüsseldə keçiriləcək oyunun iştirak ərizəsi ilə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, Bəhlul Mustafazadə (“Qarabağ”) və Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland) diskvalifikasiyaya görə oyunu buraxacaq. Həmçinin, Səbuhi Abdullazadə (“Sumqayıt”) və Emil Səfərov (“Qəbələ”) oyunun iştirak ərizəsində yer almayıb.

İtaliyalı mütəxəssis Belçika ilə matçda aşağıdakı futbolçuların xidmətindən istifadə edə biləcək: 

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Yusif İmanov, Rəşad Əzizli;

Müdafiəçilər: Amin Seydiyev, Anton Krivotsyuk, Cəlal Hüseynov, Rahil Məmmədov, Elvin Cəfərquliyev, Toral Bayramov, Höccət Haqverdi, Qismət Əliyev, Turan Manafov;

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov, Coşqun Diniyev, Eddi İsrafilov, Emin Mahmudov;

Hücumçular: Musa Qurbanlı, Mahir Emreli, Ozan Can Kökçü, Rüstəm Əhmədzadə, Renat Dadaşov, Nəriman Axundzadə.

Belçika – Azərbaycan oyunu saat 21:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button