“De Byazini Azərbaycan yığmasında saxlamaq vaxt itkisidir”

“Səbail”in yarımmüdafiəçisi Rahid Əmirquliyev Azərbaycan milli komandasının çalışdırıcısı Canni De Byazi haqda danışıb.

Komanda.az xəbər verir ki, o, AFFA-nın italiyalı baş məşqçini yığmada saxlamasını vaxt itkisi kimi dəyərləndirib:

“AFFA-nın Canni De Byazini milli komandada saxlaması ilə bağlı xəbəri mən də bilirəm. Öncədən də demişdim, bir daha təkrarlayıram, bu mənim şəxsi fikrimdir, ola bilər ki, başqaları fərqli cür düşünsün: Məncə, De Byazi milli komandanın “sükanı arxasında” qalmamalı idi.

O, getməli idi. Əlbəttə, özü gedən deyildi. Onu göndərməli idilər. De Byazini Azərbaycan yığmasında saxlamaq vaxt itkisidir. Nəticədə, biz bir il daha itirəcəyik. Ona görə də, düşünürəm ki, baş məşqçi postunu tərk etməli idi.

AFFA belə qərar verib. Yəqin, oturub müzakirələr aparıblar. Hər kəsin öz fikri var. Ona görə də, hər şeyə hörmətlə yanaşmaq lazımdır”.

Xatırladaq ki, italiyalı mütəxəssis 2020-ci ildən Azərbaycan milli komandasını çalışdırır.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button