De Byazi: “Sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəm”
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Albaniya yığmasına mümkün qayıdışı barədə açıqlama verib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyini bildirib:
“AFFA ilə sentyabrın 30-dək müqaviləm var, ondan sonra bütün təklifləri nəzərdən keçirəcəm”.
O, son vaxtlar haqqında yazılanlar barədə də danışıb:
“Bəzi məlumatlar külək kimidir. Ümumiyyətlə, mediada çıxan xəbərlərin 95 faizi yalandır”.
Canni De Byazi 2020-ci ilin iyulundan Azərbaycan millisinə rəhbərlik edir. 66 yaşlı mütəxəssis 2011-2017-ci illərdə Albaniya millisinin “sükanı arxasında” olub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin