“Şamaxı”nın futbolçusu U-21 millisinə çağırıldı
Bakıda Moldova yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətinə daha bir oyunçu cəlb olunub.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, “Şamaxı” klubunun müdafiəçisi Cəlal Hüseynov hazırlıq prosesində iştirak edəcək.
Bundan əlavə, sentyabrın 27-dəki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Bakı Olimpiya Stadionunda deyil, “Dalğa Arena”da olacaq.
Cəlal Hüseynov əsas yığmasının Millətlər Liqasında Slovakiya (2:1) və Qazaxıstanla (3:0) görüşlər üçün heyətinə cəlb olunsa da, bu matçlarda meydana çıxmayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin