De Byazi Şamaxıya gedir
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıya qayıdıb.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis gəlişindən sonra bu gün ilk oyununu izləyəcək.
66 yaşlı baş məşqçi Şamaxıda eyniadlı komanda ilə “Səbail” arasında keçiriləcək Misli Premyer Liqanın 3-cü turunun açılış matçına tribunadan tamaşa edəcək.
Oyun saat 16:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin