De Byazi “Qarabağ”ın sabiq futbolçusunu milliyə gətirir

Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin olunacağı gözlənilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis, “Qarabağ”ın keçmiş futbolçusu Ansi Aqollini də yığmaya gətirməyi planlaşdırır. Hazırda “Nyu-York Kosmos”da forma geyinən albaniyalı futbolçunun millinin məşqçilər korpusunda yer alacağı gözlənilir.

Aqolli 2011-2017-ci illərdə Albaniya millisində De Byazinin rəhbərliyi altında çıxış edib. O, 2010-2019-cu illərdə “Qarabağ”ın şərəfini qoruyub.

Azərbaycan millisində De Byazinin digər köməkçisi Arif Əsədov olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button