De Byazi Polşa millisində işləmək istəyindən vaz keçmir
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasında işləmək istəyir.
Komanda.az “WP SportoweFakty” nəşrinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis növbəti dəfə öz xidmətini polşalılara təklif edib.
Amma Polşa Futbol Assosiasiyasının prezidenti Sezari Kuleşa komandanı yerli mütəxəssisə tapşırmaq niyyətindədir. O, bu posta Marek Papszun və Mixal Probeji namizəd görür. Qurum sentyabrın 13-də portuqaliyalı baş məşqçi Fernando Santuşla yollarını ayırıb.
Canni De Byazinin adı daha əvvəl də Polşa yığması ilə hallanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin