De Byazi: “İndi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır”

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoxlama oyunlarından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, De Byazi, yenidən yığmaya çağırdığı Eddi İsrafilov və Dmitri Nazarov haqda danışıb.

O, bu futbolçular haqda “onlar millidə olmayacaqlar” fikrini heç vaxt demədiyini söyləyib:

“Sadəcə, həmin vaxt koronavirusla bağlı belə vəziyyət yaranmışdı, gənclərə üstünlük vermişdik. Amma indi başa düşürük ki, təcrübəli oyunçular da lazımdır. Yaxşı nəticələr üçün Riçard Almeyda, Dmitri Nazarov, Eddi İsrafilov, Ağabala Ramazanov kimi oyunçuları çağırdım”.

İtaliyalı baş məşqçi qarşıdakı yoxlama oyunlarında Dmitri Nazarov (“Ersgebirge, Almaniya), Riçard Almeyda (“Qarabağ”), Ağabala Ramazanov (“Zirə”), Eddi İsrafilov (“Neftçi”) və Səlahət Ağayevə (“Sabah”) yenidən şans verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button