De Byazi ilə müqavilənin müddəti daha 2 il uzadıla bilər
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi ilə imzalanmış müqaviləyə yeni bənd əlavə olunub.
Komanda.az xəbər verir ki, belə bir iddia ilə italiyalı jurnalist Canluka Di Marsio çıxış edib.
Onun sözlərinə görə, yığmamız UEFA Millətlər Liqasında uğurlu çıxış edəcəyi təqdirdə, 65 yaşlı mütəxəssislə sözləşmənin müddəti daha 2 il uzadıla bilər.
AFFA bu gün Canni De Byazi ilə müqaviləni yeniləyib. İtaliyalı baş məşqçiyə 2022-ci ilin oktyabrına qədər vaxt verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin