De Byazi ilə bağlı qərarın veriləcəyi vaxt bilindi

Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.

Komanda.az xəbər verir ki, bu, oktyabrın 4-də AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclasında məlum olacaq.

İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:

Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə

Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi

Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi

Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi

Digər məsələlər

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button