De Byazi: “İkinci yer uğrunda mübarizə aparırıq”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “Torino.repubblica” nəşrinə müsahibə verib.

Komanda.az xəbər verir ki, o, bəzi azərbaycanlı futbolçuların İtaliyada oynaya biləcək potensialda olduğunu bildirib:

“Azərbaycanda İtaliyada yaxşı işlər görə biləcək maraqlı gənclər var. Xüsusən də, yığmada artıq debüt edən bəzi uşaqlar haqqında bu fikirdəyəm. Amma mən onların adlarını deməyə cəhd etməyəcəm”.

De Byazi Azərbaycan millisinin hədəfləri haqda da danışıb:

“Millətlər Liqasında zirvəyə çatmağa çalışan komanda yaratmaq istəyirik. Qrupumuzda Slovakiya hamını qabaqlayır. Digərləri ilə birlikdə ikinci yer uğrunda mübarizə aparırıq”.

Azərbaycan millisi Millətlər Liqasında bu gün saat 22:45-də Belarusla qarşılaşacq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button