De Byazi: “Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var”

Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi “Tuttomercato” nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, 67 yaşlı mütəxəssis nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib:

“Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FİFA reytinqində 120-ci yerdə olan komandadır. Lakin istənilən halda, İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq”.

De Byazi işləməyə davam etmək istədiyini deyib:

“Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram”.

De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button