“De Byazi çox danışır, biz isə az danışıb, çox iş görməyə çalışırıq”
Futbol üzrə Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:
“Matçın əvvəli heç də pis alınmadı. İlk 25 dəqiqədə yaxşı oyun sərgilədik. 30-cu dəqiqədən sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı. Buna meydanın özümüzə aid hissəsində lazımsız top itkiləri səbəb oldu. İkinci hissədə də pis təsir bağışlamadıq. Fasilədən sonra Ramazan Orazovun meydana çıxması oyunumuzu dirçəltdi. Rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağa başladıq. İkinci hissəni bizim aktivimizə yazmaq olar”.
Adiyev Azərbaycan millisindəki həmkarı Canni De Byazinin “Qazaxıstan yığmasının qələbəsində şans amili də öz rolunu oynadı” ifadəsinə də münasibət bildirib:
“Azərbaycanın yığmasının baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz az danışıb, çox iş görməyə çalışırıq. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur”.
Bizi Facebook-da izləyin