De Byazi çempionluqla bağlı proqnozunu açıqladı
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya A Seriyasının 2021/22 mövsümünün çempionu ilə bağlı proqnozunu açıqlayıb.
Komanda.az xəbər verir ki, 66 yaşlı mütəxəssis çempionluğun son turda həll olunacağını söyləyib:
“İlk “üçlük”də qərarlaşan “Milan”, “Napoli” və “İnter”lə yanaşı, “Yuventus”un da skudettonu qazanmaq şansı var. “Milan” “Bolonya” ilə matçda büdrəməklə, ən yaxın izləyicisini 3 xal qabaqlamaq imkanını əldən verdi. Amma bunun çempionluğun taleyini müəyyənləşdirmək baxımından həlledici olacağını düşünmürəm. “İlk üçlük” komandaları arasında xal fərqi çox azdır. Hətta “Yuventus” da titul uğrunda sonadək vuruşacaq. Hazırda mübarizənin həlledici mərhələsi gedir”.
“Milan” 31 turdan sonra 67 xalla turnir cədvəlinə başçılıq edir. 66 xala malik “Napoli” 2-ci, 1 oyun az keçirən və 63 xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. “Yuventus” isə 59 xalla 4-cüdür.
Bizi Facebook-da izləyin