De Byazi Belarusla oyunda onlara ehtiyac duymadı
Azərbaycan yığmasının UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində bu gün Belarusa qarşı keçirəcəyi matç üçün “23-lüy”ü müəyyənləşib.
Komanda.az xəbər verir ki, baş məşqçi Canni De Byazi sərəncamındakı futbolçulardan 3-nü oyunun iştirak ərizəsindən kənarda saxlayıb.
Bunlar Polşanın “Visla” (Plotsk) komandasından Anton Krivotsyuk, həmçinin “Qarabağ”ın mərkəz müdafiəçisi Bədavi Hüseynov və cinah oyunçusu Toral Bayramovdur.
Krivotsyuk ilk turun səfərdə Qazaxıstana 0:2 hesabı ilə uduzduqları görüşdə də “23-lük”dən kənarda qalmışdı. Onunla birlikdə “Qarabağ”ın daha bir cinah oyunçusu Abbas Hüseynov və “Zirə”nin yarımmüdafiəçisi Coşqun Diniyev də iştirak ərizəsində yer almamışdı.
Bu gün Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda baş tutacaq Belarus – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.
Bizi Facebook-da izləyin