De Byazi azərbaycanlı futbolçuların xarakterindən şikayətləndi, qorxaq adlandırdı

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına müsahibə verib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis Azərbaycan millisinin futbolçularında xarakter problemi olduğunu deyib:

“Komandada xarakter problemi var. Həmişə uduzursansa, daha az boyun əyməli, daha çox qürur və qətiyyət nümayiş etdirməlisən. Hələlik buna təsir edə və ruhumu qorxaq komandaya vermək gücündə deyiləm”.

De Byazi yoxlama görüşlərində Malta və Latviyaya 0:1 hesabı ilə uduzduqlarını xatırladıb:

“Vaxtın çox az olması problemdir. Buna baxmayaraq, komandada yeni sistemi sınadıq. Milli komandaların problemləri var, 12 gün ərzində UEFA Millətlər Liqasında 4 oyun keçirəcəyik. Bunu edə biləcək oyunçularım yoxdur, bəzi şeylər bizi təəccübləndirir”.

De Byazi Azərbaycan millisini Albaniya yığması ilə də müqayisə edib:

“Hazırda Albaniya millisində hər şey yaxşıdır, keyfiyyətləri var. Qarşımdakı müəyyən çatışmazlıq isə budur ki, biz birlikdə qurduğumuzu həyata keçirmək üçün var qüvvəmizlə mübarizə aparırıq. Hazırda bunun üzərində işləyirəm. İstəyimi müəyyən müddətə gerçəkləşdirmək üçün mənə vaxt verilib”.

Canni De Byazi 2020-ci ildən Azərbaycan millisinin “sükanı arxasında”dır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button