De Bruynenin “Napoli” ilə müqaviləsinin detalları bilindi

“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Kevin De Bruyne karyerasında yeni bir səhifə açmağa çox yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu “Napoli”yə transferi üçün tibbi müayinədən keçmək məqsədilə İtaliyaya gedib.

33 yaşlı yarımmüdafiəçi 10 milyon avro məbləğində imza bonusu alacaq. Onunla iki illik müqavilə imzalanacağı və əlavə olaraq, anlaşmanın müddətinin bir il uzadılması variantının da daxil ediləcəyi bildirilib.

“Napoli”nin bu transferi yaxın 24 saat ərzində rəsmi şəkildə elan edəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button