De Bruynenin heykəli qoyulacaq

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne onun şərəfinə “Etihad” stadionunun yaxınlığında heykəl qoyulması barədə danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, belçikalı futbolçu hər zaman bu kluba bağlı olacağını biıdirib:

“Bu, o deməkdir ki, mən bu klubun bir hissəsi olaraq əbədi qalacam. Hər zaman bu kluba bağlı olacam və nə vaxt qayıtsam, ailəmlə, dostlarımla və ya övladlarımla özümü bu stadionda görə biləcəm. Mənim burada varlığım daim qalacaq”.

O, həmçinin, Mançesterdə keçirdiyi həyat barədə də danışıb:

“Həyat yoldaşım və uşaqlarımla birlikdə yaşadığımız həyatı bir sözlə təsvir etsəm, bu, harmoniya olar. Biz bu yerin bir hissəsinə çevrildik. Klubun nələrə nail olduğunu və niyə insanların qəlbində xüsusi yer tutduğunu anlayırıq. Birlikdə parlaq gələcək qururuq”.

De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. Onun “şəhərlilər”lə müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatacaq və bundan sonra komandadan ayrılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button