De Bruynenin başqa planı yoxdur

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubdakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu “Mançester Siti”də oynamağa davam edəcəyini bildirib:

“Yeddi ildir ki, buradayam, hamını sevirəm, bu mənim komandamdır. Başqa planım yoxdur, burada oynamağa davam edəcəm. “Mançester Siti” mənim komandamdır”.

30 yaşlı belçikalı 2015-ci ildən “Mançester Siti”də çıxış edir. O, 2021/22 mövsümündə bütün yarışlarda 45 oyun keçirib, 19 qol vurub və 14 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button