
Qvardiola: “De Bruyne kimi birini əvəzləmək çətindir”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yeni transfer Rayan Çerkinin çıxışı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, onun bu yay komandanı tərk edən Kevin De Bruyneni əvəz edib-etməyəcəyi barədə danışıb:
“Əlbəttə, De Bruyne kimi birini əvəzləmək çətindir. Bunu onun keyfiyyətlərinə görə yaxşı bilirik. Bu barədə heç bir şübhə yoxdur. Amma eyni zamanda, klub Çerkini transfer etməyə qərar verdi, çünki onun cərimə meydanı yaxınlığında heyrətamiz bacarıqları, ötürmə hissi və digər xüsusiyyətləri var. Mən onun burada olmasından həqiqətən məmnunam”.
Çerki “Mançester Siti”yə 36,5 milyon avroya transfer olunub. O, son mövsümdə “Lion”un heyətində 12 qol vurub və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Facebook-da izləyin



