
De Bruyne zədələnməkdən qorxur: Vacib turnirdə iştirak etməyəcək
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne yayda ABŞ-da keçiriləcək Klublararası dünya çempionatında iştirak etməyə bilər.
Komanda.az xəbər verir ki, belçikalı futbolçu bu barədə ESPN-ə açıqlamasında bildirib:
“Özümə qayğı göstərməliyəm. Klublararası dünya çempionatında zədə alsam, sonra mənə kim baxacaq? Böyük ehtimalla, turnirdə iştirak etməyəcəm. Amma əlbəttə, görək nə baş verir”.
De Bruynenin “şəhərlilər”lə müqaviləsinin müddəti 2025-ci il iyunun 30-da başa çatacaq. O, bu səbəbdən sağlamlığını riskə atmaq istəmir.
Bu açıqlamadan sonra “Mançester Siti”nin əsas fiqurlarından birinin turnirdə iştirakının sual altında olduğu dəqiqləşib. MS bu turnirin qrup mərhələsində Mərakeşin “Vidad”, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) “Əl-Əyn” və İtaliyanın “Yuventus” klubları ilə qarşılaşacaq.
2015-ci ildən “Mançester Siti”də çıxış edən De Bruyne 350-dən çox matçda meydana çıxaraq, komandanın baş məşqçisi Pep Qvardiola dövrünün simvollarından birinə çevrilib. O, 2024/25 mövsümündə 38 oyunda 6 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Gözlənilir ki, 33 yaşlı oyunçu yayda “Mançester Siti”dən azad agent kimi ayrılacaq. Onun karyerasındakı növbəti addım hələlik bilinmir.
Bizi Facebook-da izləyin



