
De Bruyne “Napoli”də forma nömrəsini seçdi
“Napoli”nin yeni transferi olan yarımmüdafiəçi Kevin de Bruyne İtaliya klubunda forma nömrəsinə qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu yeni komandasında 11 nömrə altında çıxış edəcək.
De Bruyne bu yay azad agent kimi “Napoli”yə keçib. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Yarımmüdafiəçinin əvvəlki klubu “Mançester Siti” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



