De Bruyne sabah yeni klubunda müayinədən keçəcək

“Mançester Siti”dən ayrılan yarımmüdafiəçi Kevin De Bruyne yaxın günlərdə “Napoli”yə transferini rəsmiləşdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, neapollular belçikalı futbolçunu sabah tibbi müayinədən keçirməyi planlaşdırır.

İtaliya mediası daha əvvəl bildirmişdi ki, De Bruyne “Napoli” ilə iki illik müqavilə ilə bağlı razılığa gəlib. Onun illik maaşı 5 milyon avro olacaq.

33 yaşlı futbolçu ötən mövsüm “Mançester Siti”nin heyətində 40 oyunda iştirak edib, 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button