Ərəblər De Bruyne üçün hərəkətə keçib
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Səudiyyə Ərəbistanı klublarından birində davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu belçikalı futbolçunu satmağa həvəsli deyil və oyunçunun özünün də getmək fikri yoxdur. Buna baxmayaraq, yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı çempionatının təmsilçiləri 32 yaşlı yarımmüdafiəçini öz heyətlərinə cəlb etməyə çalışacaqlar.
De Bruynenin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin