De Bruyne: “Qvardiola mənim nələr keçirdiyimi bilir”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne “Nottingem Forest” üzərində 3:0 hesablı qələbədən sonra baş məşqçi Pep Qvardiola ilə münasibətindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu, meydançaya tam hazır qayıtmaq istədiyini bildirib:
“Mən bilirəm ki, mediada çoxlu şayiələr var, amma Peplə heç vaxt problemimiz olmayıb. O, mənim nələr keçirdiyimi bilir. Meydançaya tam hazır qayıtmaq istəyirəm. Mövsümün əvvəlində özümü yaxşı hiss edirdim, indi formaya düşmək üçün çox çalışıram. Ümid edirəm ki, hər şey mənim üçün düzələcək, çünki zədə son dərəcə xoşagəlməz idi”.
33 yaşlı yarımmüdafiəçi cari mövsümdə “Mançester Siti”nin heyətində 12 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin