
De Bruyne İtaliya klubunu seçdi
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne karyerasını İtaliya A Seriyasının çempionu “Napoli”də davam etdirəcək.
Komanda.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.
Belçikalı futbolçunun xidmətində “Marsel” də maraqlı olub, ancaq De Bruyne İtaliya təmsilçisinə üstünlük verib. 33 yaşlı futbolçunun yaxın günlərdə “Napoli”yə keçidi rəsmən elan olunacaq.
De Bruyne 10 il “Mançester Siti”də çıxış edib və müqaviləsinin müddəti başa çatdıqdan sonra azad agent statusu alıb. Onunla həmçinin, ABŞ MLS liqasından “Çikaqo Fayr” və digər klublar, eləcə də Səudiyyə Ərəbistanı komandaları maraqlanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



