
De Bruyne İtaliya klubunda 5 milyon avro maaş alacaq
Kevin De Bruyne yaxın günlərdə “Napoli”yə transfer oluna bilər.
Komanda.az “Il Mattino”-ya istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar uğurla yekunlaşıb və müddəti iki il olan müqavilənin imzalanması gözlənilir. Sözləşmədə bir il də uzadılma imkanı nəzərdə tutulub.
33 yaşlı yarımmüdafiəçi Neapolda illik 5 milyon avro maaş alacaq. Yaxın günlərdə onun tibbi müayinədən keçməsi gözlənilir.
Belçikalı futbolçu 2015-2025-ci illər ərzində “Mançester Siti”də çıxış edib. “Napoli” isə son mövsümdə A Seriyasının çempionu olaraq UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



