De Bruyne seçim edəcək

Kevin De Bruyne cari mövsüm başa çatdıqdan sonra “Mançester Siti”ni azad agent kimi tərk edə bilər.

Komanda.az “TyC Sports”-a istinadən xəbər verir ki, çoxsaylı Avropa klubları, eləcə də Səudiyyə Ərəbistanı çempionatı və MLS təmsilçiləri belçikalı yarımmüdafiəçini öz sıralarında görmək istəyirlər.

De Bruyneni Argentinadan “River Pleyt” də istəyir. Onun özünün Argentina klubuna keçmək seçimində nə dərəcədə maraqlı olduğu bəlli deyil.

33 yaşlı futbolçu cari mövsümdə “Mançester Siti”nin heyətində 30 matçda iştirak edib, 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button